Bakıda sərnişin avtobusu yenə qəza törətdi: Ölən var

Bakıda sərnişin avtobusu yenə qəza törətdi: Ölən var, Javid

Bakıda daha bir ölümlə nəticələnən yol qəzası baş verib

Bakucity.az xəbər verir ki,  hadisə dünən gecə saat 22:00 radələrində Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində baş verib. 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub. Publika.az-ın verdiyi məlumatda bildirilir. 

Nəticədə, ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, hadisəni törədən avtobus "İ-Qafqaz" MMC şirkətinə məxsus olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bakucity.az

Yol qəzası Ölüm Sərnişin avtobusu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər