Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə minib
Bakucity.az universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb. Bu barədə universitet binasının foyesində məlumat yerləşdirilib. Məlumat deyilir: "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır”. Bu barədə məlumatı a24.az xəbər saytı yayıb.
Universitet bir qrup tələbəsi qadağanın bir aya yaxındır ki, qüvvəyə mindiyini bildirib. Bəzi xanım tələbələr qadağaya etiraz ediblər.