“Neftçi” və “Səbail”ə çətin rəqiblərlə üz-üzə gələcək

“Neftçi” və “Səbail”ə çətin rəqiblərlə üz-üzə gələcək, Javid

Bu gün Premyer Liqada 8-ci tura start verilir

Bakucity.az xəbər verir ki, turun açılış matçı Qəbələdə keçiriləcək. Lider “Neftçi” “Qəbələ”nin qonağı olacaq. İlk dövrədə bu komandalar arasında keçirilmiş oyunda paytaxt təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. Liderliyini qorumağı hədəfləyən “ağ-qaralar” elə də yaxşı günlərini yaşamayan rəqiblə görüşdə xal itirməməyə çalışacaq.

Günün digər matçı isə son çempion “Qarabağ”la “Səbail” arasında baş tutacaq. İlk dövrədə 2 cavabsız qolla qalib gəlmiş Ağdam klubu bu uğurunu təkrarlamağı hədəfləyib.

Topaz Premyer Liqası

8-ci tur

20 oktyabr

“Qəbələ” - “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov.

Qəbələ şəhər stadionu, 17:00.

“Qarabağ” - “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev.

Bakı. “Azərsun Arena”, 19:00.

Bakucity.az

Futbol Neftçi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər