“Bakı Metropoliteni” 4,5 milyon manatlıq müqavilə bağladı

“Bakı Metropoliteni” 4,5 milyon manatlıq müqavilə bağladı, Javid

Satınalma müqaviləsi imzalanıb

Bu il sentyabrın 27-də “Bakı Metropoliteni” QSC tərəfindən müxtəlif ölçülü ofis modullarının kotirovka sorğusu üsulu ilə satınalınmasına dair keçirilmiş müsabiqənin qalibi məlum olub.

Bakucity.az xəbər verir ki, tenderin qalibi “İcecool” MMC elan edilib. Oktyabrın 18-də həmin şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb. Müqavilənin dəyəri 45 383,98 manat məbləğindədir.

Qeyd edək ki, Fuad Əli Qulu oğlu Bədəlov tərəfindən yaradılan “İcecool” MMC bu il fevralın 1-də dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.

Bakucity.az

Bakı Metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər