Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib.
Bakucity.az xəbər verir ki, "Keşlə" bir digər Bakı klubu olan "Zirə"ni qəbul edib. "ASK Arena"da baş tutmuş görüşdə meydan sahibləri 1:0 hesabı qalib gəlib. 2-ci dəqiqədə "Keşlə"nin futbolçusu Denis Silva Kruz qol vurmaqla, "Keşlə"yə cari mövsümdə ilk qələbəni qazandırıb. Beləliklə, "Keşlə" xallarının sayını 5-ə çatdırmaqla turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Zirə" komandası isə topladığı 4 xal ilə sonuncu - 8-ci pilləyə enib.
Bakucity.az