Bakıda ər arvadını oğlunun gözü qarşısında öldürüb

Bakıda ər arvadını oğlunun gözü qarşısında öldürüb, Javid

Hadisə ailənin 11 yaşlı oğlunun gözü qarşısında baş verib

Bakucity.az xəbər verir ki, Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Hüseynov həyat yoldaşı Xoşqədəm Hüseynovanı Bakıda kirayə qaldıqları mənzildə qətlə yetirib. Verilən məlumata görə, F.Hüseynov həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla vuraraq öldürüb. Hadisə ailənin 11 yaşlı oğlunun gözü qarşısında baş verib. Məlumatı Qafqazinfo.az saytı yayıb. 

Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bakucity.az

Bıçaqlanma Zorakılıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər