Bakıda sabiq nazir vəfat etdi - FOTO

Bakıda sabiq nazir vəfat etdi - FOTO, Javid

Sucəddin Abdullayev 1992-1995-ci illərdə nazir vəzifəsində çalışıb

Bakucity.az saytı xəbər verir ki, Azərbaycanın keçmiş Mənzil-Kommunal Təssərrufatı naziri olan Sucəddin Abdullayev vəfat edib. Bu barədə xəbəri "Facebook" sosial şəbəkəsində keçmiş maliyyə naziri Fikrət Yusifov yazıb: 

"Bu gün 21 oktyabr 2018-ci il tarixdə əziz bir insanı - Sucəddin Abdullayevi itirdik. Sucəddin Abdullayev 1992-1995-ci illərdə Azərbaycan Respublikasının Mənzil-Kommunal Təssərrufatı naziri, bu nazirlik komitəyə çevrildikdən sonra isə 1995-1999 cu ilərdə Mənzil-Kommunal Təssərrufatı Komitəsinin sədri vəzifəsində çalışıb. O dostluq simvolu idi. Dostlarının uğuruna uşaq kimi sevinməyi bacaran, tanımadığı insanlara ürəkdən kömək əli uzadan bir insan bizləri tərk etdi bu gün. Onun xatirəsi dostlarının və yaxınlarının qəlbində daim yaşayacaq. Allah Sənə rəhmət eləsin əziz dost, qəbrin nurla dolsun".

Milli Azadlıq Hərəkatının fəallarından olan Sucəddin Mustafa oğlu Abdullayevin uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında dünyasını dəyişdiyi bildirilir.

Allah rəhmət eləsin!

Bakucity.az

Sabiq nazir Sucəddin Abdullayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər