Bakıda iş yerlərində ən çox tələb olunan mütəxəssislər – Top 10

Bakucity.az şəhərimizdə ən çox hansı peşələrə tələbatın olduğunu aydınlaşdırmağa çalışıb

Biz müasir texnologiyanın iş həyatında inqilab etdiyi bir dövrdə yaşayırıq. Sürətli kompüterləşmə və yüksək texnologiyanın ortaya çıxması bir çox peşələrin tarixə qovuşmasına, bəzilərinin isə meydana gəlməsinə səbəb olub. Əksər insanları maraqlandıran sual budur: hansı peşəni seçsək, özümüzü maddi cəhətdən daha yaxşı təmin edə, uğurlu karyera qura bilərik? Bakucity.az oxucuların marağını nəzərə alaraq, şəhərimizdə ən çox hansı peşələrə tələbatın olduğunu aydınlaşdırmağa çalışıb.

  • Əmək bazarında reklam və İT mütəxəssislərinə tələbat çoxdur

“DSG” işəgötürmə agentliyinin nümayəndəsi Zaur Alxasov Bakucity.az-a açıqlamasında bu gün ən çox tələb olunan peşə sahələrinin adlarını açıqlayıb:

"Ən çox axtarılan peşəkarlar qismində biznesin təşviqi sahəsində çalışan mütəxəssisləri qeyd etmək olar. Bu sahədə çalışan əməkdaş Azərbaycan Respublikasının qanunvericiliyini və hüquqi bazasının biznes və kommersiya fəaliyyətini yaxşı bilməldir. Onun əsas vəzifələrinə şirkətin məhsullarını təşkil etmək və satışını həyata keçirmək daxildir. Şirkətlər reklam işinin təşkili və təşviqi üçün  SMM menecerlərinə (sosial media meneceri), reklam işini, brendin təşviqini həyata keçirən mütəxəssislərə böyük ehtiyac duyurlar. Bu peşələrin əsas məğzi brendlər üçün hədəf kütlələri tapmaq, prosesə dair "feedback" verməkdən ibarətdir".

Zaur bəy iş bazarında ən çox ehtiyac duyulan sahələrdən birinin İT texnologiyalar olduğunu deyir. O, gələcəkdə bu sahəyə tələbatın daha da artacağına əmindir.

"Qrafik dizaynerlərə də böyük tələbat var, bir qayda olaraq bu sahənin mütəxəssislərinə yüksək əməkhaqqı verilir. Qrafik dizayner bir çox işləri yerinə yetirir, amma onun əsas vəzifəsi şirkətin korporativ üslubunu yaratmaqdan ibarətdir. Təbii ki, bu gün bu sahədə çalışmaq üçün təkcə rəsm bacarıqları kifayət etmir. Siz “QuarkXPress”, “Photoshop”, “Illustrator”, “CorelDraw” kimi dizayn proqramlarını bilməlisiniz, - Alxasov bildirir və əlavə edir: reklam agentinə də böyük təlabat var. Bu mütəxəssis potensial reklamçılar tapmalı və onlara KİV-də yer satmalıdır". 

Kadr mütəxəssisinin sözlərinə görə, import-menecerliyi də tez-tez tələb olunan sahələrdəndir, amma digər bəzi ənənəvi sahələr hələ də populyar olmaqda davam edir. “Mühasiblər, mühəndislər, hüquqşünaslar hələ də ən çox ən çox tələb olunan mütəxəssislər qismində qalırlar”, - Alxasov fikrini tamamlayarkən deyib

  • İxtisas seçərkən nələrə diqqət etmək lazımdır?

Zaman hər şeyi sürətlə dəyişir. Bəzən isə insanların dəyişikliklərə uyğunlaşmaq üçün vaxtı çatmır. Əvvəldə qeyd edildiyiz kimi, bu amil peşə həyatının bəzi sahələrində də müşahidə olunur. Bəzən universitetdə istədiyin fakültə olur, bəzənsə harada təhsil alacağını bilmirsən. 

“The HR” şirkətində işəgötürmə şöbəsinin nümayəndəsi kimi çalışan Səbinə Ağayevadeyir ki, alternativ təhsil yolları tapmaq imkanı həmişə var: "Məsələn, logistika sahəsində mütəxəssis olmaq istəyirsinizsə, onda təhsil aldığınız yerli iqtisadiyyat fakültəsində 3-cü ildən sonra ixtisasınızı Rusiya və ya xarici universitetlərdə logistika bölməsinə dəyişə bilərsiniz. Bu ölkələrdə artıq yeni fakültələr mövcuddur". 

Beynəlxalq sertifikat ala bilmək üçün isə xarici şirkətlərin birində təcrübə keçmək lazım gəlir. Bu sahədə arzulanan təcrübə 3 ildən 5 ilə qədərdir. 

"SMM mütəxəssislərinə gəldikdə isə, hər şey bir qədər sadədir, - Sabina Ağayeva deyir: Filologiya fakültəsini bitirən mütəxəssislər bu peşə üçün uyğundurlar. Bu vakansiyaya müraciət edənlər bir qayda olaraq, qrammatika və oxunaqlı mətn yaratmaq sınağından keçirlər". 

İşəgötürmə departamentinin nümayəndəsinin sözlərinə görə, əgər sizi İT-texnologiyalar sahəsi maraqlandırırsa, onda proqram təminatı ixtisası üzrə təhsil ala bilərsiniz. Bundan əlavə, proqramlaşdırma dillərini hərtərəfli öyrənə biləcəyiniz “onlayn” proqramlaşdırma kurslarına da yazıla bilərsiniz. "İnsan resursları" vakansiyasına gəldikdə isə, mütəxəssisin sözlərinə görə, burada heç bir xüsusi təhsil tələb olunmur: "Adətən iqtisadiyyat və psixologiya sahəsini bilən mütəxəsislər bu vakansiyaya uyğun gəlirlər. Xarici dilləri bilmək arzuolunandır. İş yerlərində Beynəlxalq İnsan Resursları İdarəetməsi istiqamətində sertifikatı olan namizədlərə üstünlük verilir".

  • Nəticə

Araşdırmalardan və mütəxəssis rəylərindən belə nəticəyə gəlmək olar ki, hansısa sahədə tələb olunan mütəxəssisə çevrilmək üçün yalnız müvafiq təhsil diplomuna sahib olmaq kifayət etmir. Bugünkü əmək bazarı çox rəqabətlidir və bu rəqabətin daha da artacağı gözlənilir.  Bir sözlə, mütəxəssislər öz bacarıqlarını artırmaq üçün və lazımi texnologiyanı mənimsəmək üçün daim öz üzərlərində işləməlidirlər. Bakucity.az oxucularına paytaxtımızda ən çox tələb olunan peşələri təxmini əməkhaqlarıyla birlikdə təqdim edir:

İxtisas

Təxmin olunan maaş

1

Satış və biznesin inkişafı üzrə mütəxəssis

600-1500

2

Mühasiblər və hesabdarlar

400-1500

3

İnsan resursları

500-1500

4

IT proqramçı

600-2500

5

Mühəndis

1000-2500

6

Logistika mütəxəssisi

350-2000

7

Resepşn, ofis administratoru

300-1000

8

Marketoloq (marketinq analizi)

500-2500

9

Elektrik mühəndisi

450-2500

10

Vergi konsultantı

400-1000

Hazırladı: Züleyxa İsmayılova 

Bakucity.az

Biznes mütəxəssis peşə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Materiallar məhkəməyə göndərilib Bakının Nizami rayonu, K.Balakişiyev, 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb. BakuCity.az-ın məlumatına görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 3  şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zama...
Cəmiyyət
Heyvanlara da toxunmayın Səhiyyə Nazirliyi koronavirusdan qorunmağın yollarını açıqlayıb. BakuCity.az-ın məlumatına görə, nazirliyin bununla bağlı hazırladığı videoda qeyd olunur ki, yeməkdən əvvəl və ictimai yerlərdə gəzintidən sonra əlləri ilıq su və sabunla ən azı 20 saniyə yumaq lazımdır. Bildirilir ki, yaxınlıqda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmaq, özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə də...
Cəmiyyət
Bakıdan İzmirə ilk uçuş martın 11-də həyata keçiriləcək Bu il martın 10-dan etibarən Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İzmirdən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara başlayacaq. BakuCity.az-ın məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından "APA-Economics"ə bildirilib. İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə – III və V günləri saat 03:55-də yerinə yetiriləcək. Bakıdan İzmirə ilk uçuş martın 11-də həyat...
Hadisələr
Maqnitudası 4.6 olub Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ saat 11:52-də Nardaran stansiyasından 112 km şimal-şərqdə dənizdə qeydə alınıb. Zəlzələnin maqnitudası 4.6, dərinliyi 60 km olub. BakuCity.az
Ekologiya
12 dərəcə isti olacaq Bakıda fevralın 27-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyi...
Ekologiya
Dağlıq ərazilərdə qar yağıb Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata əsasən, fevralın 25-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib. Küləyin sürəti Gəncə, Naftalanda 35, Zərdabda 34, Tərtər, Bərdədə 32, Neftçala, Mingəçevirdə 30, Göyçay, Ağdamda 28, D...
Hakimiyyət
Rəsmilər “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyublar Bu gün Bakıda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilir. BakuCity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və digər yüksək vəzifəli şəxslər “Ana harayı” abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Mərasimə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov da qatılıb. O, Prezident İlham Əliyevlə, həmçinin Mehriban Əliyeva ilə...
Cəmiyyət
Bağçalara nəzarəti də öz üzərinə götürübmüş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində aparılan əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd olmuş Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad edilib. BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev...
Cəmiyyət
Təbii metereoloji hadisədir Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb. BakuCity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji hadisədir. O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması d...