Bakıda 10 yaşlı oğlan ürəyindən güllələnib - HADİSƏ

Bakıda 10 yaşlı oğlan ürəyindən güllələnib - HADİSƏ

Azyaşlı oğlan ehtiyatsızlığın qurbanı olub

Bakucity.az xəbər verir ki, Qaradağ rayonun Ümid qəsəbəsində 2008-ci il təvəllüdlü Abbaszadə Rəsul Teymur oğlu ürək nahiyəsindən aldığı güllə yarasından keçinib. Məktəbli 20 saylı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumatı publika.az saytı yayıb. 

Hadisənin motivləri bəlli olub. Belə ki, R.Abbaszadə həyətdə oynayarkən həmyaşıdı Rəşad Namazov tir tüfəngi ilə ehtiyatsız davranaraq atəş açıb. Güllə Rəsulun ürək nahiyəsinə tuş gəlib və o, çatdırıldığı xəstəxanada keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakucity.az

Azyaşlı ölüm ehtiyatsızlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər