Bakıdan Naxçıvana birbaşa qatar reysi açıla bilər - AÇIQLAMA

Bakıdan Naxçıvana birbaşa qatar reysi açıla bilər - AÇIQLAMA

Layihə üçün maliyyə vəsaiti ayrılıb

Bakucity.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov Bakıdan Naxçıvana birbaşa qatar reysi açılması ehtimalına dair açıqlama verib. 

"Siyasi məsələlərlə əlaqədar Bakıdan Naxçıvana birbaşa qatar reysinin açılması məsələsinə yenidən baxılır”, - deyə dövlət rəsmisi bildirib. Report-un verdiyi məlumata görə, Qurbanov bunun üçün Azərbaycan dövlətinin çox çalışdığını bildirib:

“Bakıdan Naxçıvana birbaşa qatar reysinin olması üçün Azərbaycan dövləti çox çalışır. Amma bu, daha çox siyasi məsələlərdən asılıdır. Onlar həll edilsə, ADY birbaşa qatarın işləməsinə hazırdır. Bunun üçün pul da ayrılıb”. 

Bakucity.az

Bakı Naxçıvan Cavid Qurbanov Dəmir yolu qatar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər