Nizami və Nərimanov rayonlarında valideyn və müəllimlər dinləniləcək

Nizami və Nərimanov rayonlarında valideyn və müəllimlər dinləniləcək

Nizami və Nərimanov rayonlarında müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Bakı Şəhər Təhsil idarəsindən Bakucity.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Ə.Əzimzadə 18 küçəsində yerləşən 214 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər