Paytaxtda üç gün iş olmayacaq

Paytaxtda üç gün iş olmayacaq

Dövlət Bayrağı günü ilə əlaqədar qeyri-iş günü olacaq.

Bakucity.az xəbər verir ki, Bayram həftənin cümə gününə təsadüf etdiyinə görə, Bakı sakinləri 3 gün evdə oturacaqlar. Əmək məcəlləsinə əsasən bu bayram günü vətəndaşlar üçün istirahət günü kimi müəyyənləşdirilib. 

Belə ki, Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq.

Bakucity.az

Bakı Dövlət Bayrağı Günü Bayram Qeyri-iş günü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər