Bakıda bu avtomobillərlə bağlı ölçü götürüləcək - VİDEO

Bakıda bu avtomobillərlə bağlı ölçü götürüləcək - VİDEO, Javid

Səkilərdə qanunsuz saxlayan avtomobillərin qeydiyyatı aparılır

Bakucity.az xəbər verir ki, Bakının Səbail və Nəsimi rayonlarında piyada səkilərində avtomobillərin saxlanılmasına daha çox rast gəlinir. Bu barədə Report informasiya agentliyinin hazırladığı materialda bildirilir. Gecə saatlarında xüsusən restoranlara gələnlər nəzarətin olmamasından istifadə edərək Nizami küçəsində və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısında piyadalar üçün nəzərdə tutulan səkilərdə avtomobillərini park edirlər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı açıqlama verərək bildirib ki, BNA sərkilərdə qanunsuz saxlayan avtomobillərin qeydiyyatını aparır.

Onun sözlərinə görə, son 3 ildə şəhər yollarında hərəkətə maneə yaradan hallarla bağlı aparılan kompleks təhlilər də onu göstərir ki, Bakı şəhərində tıxaca səbəb olan başlıca amil bəzi sürücülərin dayanma və durma qaydalarına əməl etməməsidir: “Bir çox hallarda nəqliyyat vasitələrinin səkillərin üzərində park edilməsinin də şahidi oluruq və bu da piyadaların təhlükəsiz hərəkətinin təşkili baxımından cidid problemlər yaradır. Bakı Nəqliyyat Agentliyi mövcud vəziyyət və çatışmazlıqların aradan qaldırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Lakin bu cür qayda pozan sürücülərə daha təsirli tədbirlərin görülməsi, onlar barəsində inzibati tənbeh tədbirlərin görülməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid məsələ deyildi”.

Mais Ağayev vurğulayıb ki, BNA, əsasən, sürücülərin yol hərəkəti qaydalarına ciddi riayət etmələri üçün maarifləndirmə tədbirləri həyata keçirirdi: “Bununla əlaqədar müxtəlif video çarxlar, çap meratialları hazırlanıb. Yerlərdə sürücülərlə maarifləndirici söhbətlər keçirilib. Bu kimi çatışmazlıqlarla daha təsirli mübarizə aparılması və səmərəli nəticələr əldə edilməsi üçün cənab Prezidentin 6 İyul 2018-ci il tarixli fərmanı ilə Bakı Nəqliyyat Agentliyinə əlavə səlahiyyətlər verilib. Bu fərmanla nəzərdə tutulan səlahiyyətlərin icrasına başlamaq üçün müvafiq işlər görülür. Bəzi istiqamətlərdə işlər, demək olar ki, yekunlaşıb. Artıq müxtəlif küçə və prospektlərdə Qanunsuz Parklanmaya Qarşı Nəzarət Kameraları yoxlanılaraq tam işlək vəziyyətə gətirilib. Bu kameralar vasitəsi ilə artıq dayanma və durma qaydalarına zidd olaraq saxlanılan nəqliyyat vasitələrinin qeydiyyatı aparılır”.

Bakucity.az

Avtomobil BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər