“Neftçi” – “Qarabağ” oyununun vaxtı dəqiqləşdi

“Neftçi” – “Qarabağ” oyununun vaxtı dəqiqləşdi, Javid

Topaz Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib

Bakucity.az xəbər verir ki, çempionatın yayım hüququna sahib "CBC Sport" telekanalı bu həftə canı yayımlayacaq qarşılaşmaların və idman yarışlarını açıqlayıb. 

Məlum olub ki, turda oktyabrın 27-də saat 16:00-da "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Bundan 2 saat sonra "Sabah" "Zirə"ni qəbul edəcək.

Növbəti günün ilk görüşündə saat 15:00-da "Səbail" və "Keşlə" üz-üzə gələcək. Tura yekun vuracaq mərkəzi qarşılaşma - "Neftçi" - "Qarabağ" matçı saat 17:00-da start götürəcək. Bu görüşün erkən keçirilməsi İspaniya Primerosunun qarşıdakı turunda "El Klasiko"nun ""Barselona" - "Real" derbisibin saat 19:15-də "CBC Sport"dan canlı yayımlanması ilə bağlıdı. 

Bakucity.az

Neftçi FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər