Bakı məktəblərində cinsi tərbiyə dərsi necə keçiriləcək? - Rəsmi münasibət

Bakı məktəblərində cinsi tərbiyə dərsi necə keçiriləcək? - Rəsmi münasibət

Reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb

Bakucity.az xəbər verir ki, Azərbaycanda ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində təsbit edilib:

“Həmin sənəddə ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb. Bununla belə, Azərbaycan prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda “Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi” məqsədilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi ciddi və vacib məsələ kimi qeyd olunub.

Məsələnin aktuallığı nəzərə alınaraq, maarifləndirmə işinin davamlı xarakter daşıması məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyi ilə həkim, metodist və müəllimlərdən ibarət yaradılmış İşçi qrupu tərəfindən “Ümumtəhsil məktəblərinin ümumi orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tədrisi üzrə metodik tövsiyə” hazırlanıb”.

Oxu.az-ın yaydığı məlumatda qeyd edilib ki, vəsaitin əsas məqsədi özünə və başqalarına hörmət edən, situasiyanı və şəxsi davranışını təhlil və idarə edən, öz sağlamlığı üçün məsuliyyət daşıyan inamlı şəxsiyyətin formalaşmasına kömək etməkdir:

“Vəsaitdə verilmiş məlumatlardan “Biologiya” fənni üzrə müvafiq məzmun standartlarının reallaşdırılması zamanı istifadə etmək tövsiyə edilir. Bu məlumatlardan sinif rəhbərləri, məktəbin həkimi və ya tibb bacısı da istifadə edərək dərsdənkənar vaxtlarda şagirdlərlə maarifləndirici söhbətlər apara bilərlər”.

Bakucity.az

Məktəb Müəllimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər