Bakıda adam öldürən avtobus sürücüsü narkotikin təsiri altında olub - VİDEO

Bakıda adam öldürən avtobus sürücüsü narkotikin təsiri altında olub - VİDEO, Javid

Avtobus düşürdüyü sərnişini piyada keçidində vuraraq öldürüb

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu avtobusun piyadanı vurub öldürməsi hadisəsi barədə rəsmi məlumat yayıb.

Verilən məlumatda bildirilib ki, oktyabrın 19-da saat 11:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində Zaur Quliyevin 131 saylı marşrut xətti üzrə idarə etdiyi “General Avtocompany” MMC-yə məxsus “Daewoo BS 090” markalı 90-TH-257 dövlət qeydiyyat nişanlı avtobusu yolun sağ tərəfində saxlayıb sərnişin düşürdükdən sonra avtobusu arxaya doğru hərəkət etdirərkən piyada keçidində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Aysel Məmmədovanı vurub üzərindən keçərək ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib.

Z.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı avtobusun sürücüsünün narkotik vasitələrdən istifadə etməsi müəyyən edildiyindən sürücünün sərnişin daşıma ilə məşğul olmasına şərait yaratmış “General Avtocompany” MMC-nin vəzifəli şəxsləri barəsində Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Bakıda avtobus daha bir nəfəri vuraraq öldürüb

Bakucity.az xəbər verir ki, hadisə oktyabrın 19-da Sabunçu rayonunda baş verib. 131 nömrəli marşrut avtobusunun sürücüsü piyada xəttinə əhəmiyyət verməyərək Məmmədova Aysel İbrahim qızını vurub. A. Məmmədova hadisə yerində ölüb. Mərhumun ailəsi iddia edir ki, avtobus sürücüsü narkotik aludəçisidir. Oxu.az saytının verdiyi məlumatda bildirilir.

Qeyd edək ki, A. Məmmədova evin tək qızı olub. Bir müddət əvvəl onun qardaşı vəfat edib.

Bakucity.az

Avtobus qəzası Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər