Badamdarda son vəziyyət necədir?

Badamdarda son vəziyyət necədir? , Javid

Sürüşmə zonasında yaranan çatlarda artım qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə nisbi gərginlik qalmaqdadır:

“Sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmənin sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb”.

Bakucity.az

Badamdar Sürüşmə Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər