Nazirlik məlumat yaydı: Pensiyalar artırılıb

Nazirlik məlumat yaydı: Pensiyalar artırılıb

Pensiyalar yenidən hesablanaraq artırılıb

Bu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hazırda da işləməkdə davam edən 36 minə qədər vətəndaş müraciət edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq, onların pensiyalarının yenidən hesablanaraq artırılması təmin olunub, pensiyalarında orta hesabla 140,7 manat artım edilib.

Qeyd olunan maddəyə görə, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.

Bakucity.az

Pensiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər