Dövlət səhiyyə və təhsil sahəsinə ayrılan vəsaiti artırır

Dövlət səhiyyə və təhsil sahəsinə ayrılan vəsaiti artırır

Azərbaycanda səhiyyə, təhsil sahəsinə dövlət büdcəsindən ayrılacaq vəsait artırılır

Bakucity.az-ın “Report”a istinadən xəbərinə görə, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il Səhiyyə Nazirliyinə 2 milyon 283 min 168 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu da 2018-ci illə müqayisədə 192 min 680 manat çoxdur.

Təhsil Nazirliyinə isə 10 milyon 333 min 259 manat vəsait ayrılacaq. Bu məbləğ 2018-ci illə müqayisədə 1 milyon 40 min 946 manat çoxdur.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinə 2019-cu ildə dövlət büdcəsindən ayrılacaq vəsait də artırılır.

Bakucity.az

Dövlət büdcəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər