Bakını planlaşdırmaq üçün xarici şirkət dəvət edildi - AÇIQLAMA

Bakını planlaşdırmaq üçün xarici şirkət dəvət edildi - AÇIQLAMA, Javid

Bakının Baş planı nə vaxt hazır olacaq?

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Baş planını növbəti ilin sonuna qədər hazırlamağı nəzərdə tutur.  Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

Report-un məlumatına görə, Bakının Baş planı ilə bağlı artıq bir sıra işlər həyata keçirilib. "Hazırda Bakının Baş planının hazırlanması üçün böyük bir şirkət “Boston Consulting Group" dəvət edilib. Bu şirkətlə Bakının Baş planının hazırlanmasının birinci mərhələsini başa çatdırmaq üzrəyik. İkinci mərhələsinə keçmək üçün hazırlıq işləri aparılır. İlkin planlarımıza görə, növbəti ilin sonuna qədər plan üzərində işləri yekunlaşdırmağı nəzərdə tuturuq" - Dövlətxan Dövlətxanov açıqlamasında bildirib.

Bakucity.az

Bakının baş planı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər