Bakının stomatoloji klinikalarında xidmətlər və qiymətlər sərfəlidirmi? - ARAŞDIRMA

Bakucity.az stomatoloji klinikalarda xidmətləri və qiymətləri müəyyənləşdirməyə çalışıb

Bakıda hər addımbaşı stomatoloji klinikaya rast gəlinir. Əksəriyyəti özəl olan bu klinikalar yüksək standartlara cavab vermələri ilə öyünürlər. Bəs doğrudan da paytaxtın klinikaları müştərilərin tələbatını qarşılamaq bacarığındadırlarmı? Bu suala cavab tapmaq üçün biz paytaxtdakı 5 klinika ilə əlaqə saxlayıb xidmətləri və qiymətləri müəyyən etməyə çalışmışıq. 

Paytaxtın 5 stomatoloji klinikasında xidmət və qiymətlər

“32 Gözəl” klinikası

“32 Gözəl” stomatoloji klinikasının qəbul şöbəsindən Bakucity.az-a bildirilib ki, klinika müasir avadanlıqlarla təchiz edilib və gigiyenik standartlara cavab verir:

“Qiymətlərə gəlincə, plomblama xidməti kariyesin müalicəsi ilə paralel aparılır və qiyməti 30-60 manat arasında dəyişir. Dişlərinin əyri olmasına görə özlərini narahat hiss edən pasiyentlər klinikamızda  keyfiyyətli breket xidmətini 1400-2000  manat qarşılığında ələ edə bilərlər. Estetik xidmət olan karonkanın qiyməti klinikamızda 120-150 manat arasındadır. Diş çəkimi dişlərin kökündən asılı olaraq 50-120 və 150 manat arasında dəyişir. Hər iki çənə üçün protezə isə 250-700 manat ödəmək lazımdır”.

“44 Dental Clinic”

“44 Dental Clinic”in ictimaiyyətlə əlaqələr bölməsindən saytımıza verilən məlumatda qiymətlərin baha olmadığı bildirilir:

“Plombun qiyməti 50, breketin 1000, karonkanın qiyməti isə 80-400 manat arasında dəyişir”.

Həmçinin, klinikadan qeyd ediblər ki, plomblama əksər vaxt kariyesin müalicəsi ilə birgə həyata keçirilir və bu zaman qiymətdə dəyişiklik etmək mümkündür.

“Dental Care Baku Clinic” 

“Dental Care Baku Clinic”dən verilən məlumata görə, klinikada diş plomblamasının qiyməti 40-60 manat arasında dəyişir. Breket xidməti isə 1500 manata başa gəlir, ancaq bu qiymətə həkimin xidmət haqqı da daxildir.

“Dental Classic”

“Dental Classic” klinikasının qəbul  şöbəsindən saytımıza verilən məlumatda bildirilir ki, breket xidmətindən istifadə etmək niyyətində olan pasiyentlər ödənişsiz müayinə olunurlar:

“Plomblamanın qiyməti 30-65 manata, breket xidmətinin qiymətləri hər iki çənə üçün 1800-4000 manat arasında dəyişir. Diş çəkimi isə 20-30 manat arasındadır”.

“Premium Dental”

 “Premium Dental” klinikasındakı xidmət və qiymətlərə gəldikdə isə plomblama xidmətinin qiyməti diş kanalının vəziyyətindən asılı olaraq, 40-50 manat arasında dəyişir. 

“Breket xidmətimiz 900-1000 manata başa gəlir, lakin hal-hazırda pasiyentlərimizə 50%-lik endirim kampaniyası təklif olunur. Breket xidmətindən yararlanmaq istəyənlər hər iki çənə breketi üçün cəmi 500 manat ödəyəcəklər”, -  klinikadan verilən məlumatda bildirilir.

Bakının stomatoloji klinikalarında xəstəliklərə yoluxma riski nə qədərdir?

Bakıda müxtəlif stomatoloji klinikalara müraciət edən insanları ehtiyatlı olmağa vadar edən səbəblərdən biri də müxtəlif xəstəliklərə yoluxma riskidir. Bu cür hallar paytaxtımızda heç də nadirən baş vermir. Bir çox insanlar ehtiyatsızlıq və səhlənkarlıq ucbatından ciddi sağlamlıq problemləri yaşayırlar. Ona görə də əksəriyyət klinikalarda xəstəliklərə yoluxmaq riskinin nə dərəcədə olduğunu bilmək istəyir. Bakucity.az bu məsələni də araşdırıb. Stomatoloq-həkim Günay Səfərova saytımıza açıqlamasında qeyd edib ki, stomatoloji klinikalarda müxtəlif xəstəliklərə yoluxmaq riski çoxdur.

“Bakıda  çoxsaylı stomatoloji klinikalar və kabinetlər açılıb. Lakin bu yerlərin hamısında gigiyenik standartlara riayət edilmir. Yaxşı klinika, yaxşı həkim pasiyentini yarana biləcək təhlükələrdən qorumalıdır. Həmin klinikalara müraciət edən bəzi insanların HİV, hepatit və digər təhlükəli infeksiyalara yoluxduğunu görən bir çox insanlar stomatoloqa getməyin təhlükəli olduğunu düşünürlər, hardasa onlara haqq vermək də olar. Pasiyent özü klinikaya daxil olarkən, təmizliyə və gigiyeneya diqqət etməlidir, ayaqyoluna baxmaqdan tutmuş digər məqamalara qədər. Təbii ki, həkimin otağına nəzəri baxış da buraya daxildir. Diqqəti əldən verməmək lazımdır”, - deyə mütəxəssis açıqlamasında bildirib.

Sonda oxucularımıza paytaxtın stomatoloji klinikalarındakı xidmətlər və ortalama qiymətləri təqdim edirik:

Stomatoloji klinikalarda qiymətlər

Klinikalar

Plomb

Breket

Karonka

Protez

Diş çəkimi

“32 Gözəl”

30-60

1400-2000

120-150

250-700

120-150

“Dental Care Baku Clinic”

40-60

1500

“44 Dental Clinic”

20-50

1000

80-400

20-40

“Dental Classic”

30-65

1800-400

20-30

“Premium Dental”

40-80

900-1000

350

350-800

20-50

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Araşdırma Stomatoloji klinikalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Virus İran vətəndaşında virus aşkarlanıb Belarusda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. BakuCity.az-ın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi virusun iranlı tələbədə aşkarlandığını bəyan edib. Həmçinin oxu: Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır Qeyd olunub ki, fevralın 27-də laboratoriya yoxlamaları zamanı fevralın 22-də Bakıdan aviareyslə Belarusa gələn İran vətəndaşında virus aşkarlanıb. BakuCity.az
Cəmiyyət
Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək. Bu barədə BakuCity.az-a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. Qeyd olunub ki, “Elektron ipoteka və kredit zəmanət” sisteminin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır. Elektron müraciətlərin qəbulu və...
Siyasət
36 yaralı var Suriya tərəfindən İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı hava hücumu nəticəsində həlak olan türk hərbçilərin sayı 33-ə çatıb. BakuCity.az-ın məlumatına görə, bunu Hatay valisi Rahmi Doğan bildirib. Vali deyib ki, hazırda 36 yaralı hərbçinin müalicəsi davam edir, onların həyatı üçün təhlükə yoxdur. Qeyd edək ki, vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşo...
Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...
Cəmiyyət
"İnsan həmişə nəyəsə səy göstərməlidir" “Öz hekayəni danış” rubrikası çərçivəsində BakuCity.az saytının bugünkü qonağı “High Boost” restoranının baş aşpazı Rüfət Əliyarovdır. - Kulinariya sahəsində təhsiliniz barədə ətraflı danışmağınızı istərdik. Bildiyimizə görə, əvvəlcə tamamilə başqa işlə məşğul olmaq istəmisiniz.  - Düzünü desəm, diplomat olmaq arzusunda idim. Bu mənim təbiətimdə var: psixologiyanı uzun müddət araşdırmışam, insanlarla necə ünsiyyət qu...
Hakimiyyət
Sərəncam imzalandığı gündən qüvvəyə minir Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar: general-leytenant Cəbrayılov Asif Mikayıl oğlugeneral-leytenan...