Bakucity.az saytı paytaxtın idman zallarındakı xidmət və qiymətləri müəyyənləşdirib
Öz sağlamlığı haqqında düşünən və zahiri görünüşünə fikir verən şəxslər vaxtaşırı fitnes-klubları ziyarət etməyə çalışırlar. Müasir idman zalları təkcə fitnes xidmətləri deyil, hovuz, tennis, boks, sauna və masaj kimi xidmətləri də təklif edirlər. Oxucularımıza Bakıda fəaliyyət göstərən fitnes klublardakı xidmət və qiymətlər barədə araşdırmanı təqdim edirik.
Paytaxtdakı bir çox fitnes-klublar geniş çeşidli xidmətlər təklif edirlər. Belə müəssisələr böyük populyarlığa malikdirlər, üstəlik yerli idman zallarına əcnəbilər də gəlir. Dillə bağlı problemlər yoxdur, çünki əksər klubların məşqçiləri rus və ingilis dillərini sərbəst bilirlər.
“Limak Fitness Park"a müştərilər əzələ kütləsini artırmaq, skolioz və artıq çəkidən xilas olmaq kimi müxtəlif məsələlərlə bağlı müraciət edirlər.
Bəzi klublar qadınlarla kişilərə ayrılıqda məşq etmək imkanı verir. Belə xidmətlər “Bulvar Club Fitness Zone” və “Limak Fitness Park”da var. Birinci məkanda kişilər tək günlər, qadınlar isə cüt günlər kluba gəlirlər. İkinci məkanda isə zallar ayrıca fəaliyyət göstərir.
Bakıda azyaşlı və yeniyetmələrin idmanla məşğul olmasına imkan verən idman zalları da var. “Bulvar Club Fitness Zone” həm böyüklər, həm də uşaqlar üçün tennis kortuna sahibdir. “Powerhouse GYM”də isə boksla məşğul olmaq istəyən uşaqlar üçün ayrıca məşqçi var.
Bundan başqa, yerli fitnes-klubları sakitləşdirici massaj, sauna, protein içkilər verilən bar və s. kimi əlavə xidmətlər də təklif edirlər. “Gerkules”də abunəçilik əsasında türk və fin saunalarını ziyarət edə bilərsiniz. Burada əsl rinq atmosferinə malik boks zalı da mövcuddur.
Bakıda “Orxideya Pilates” və ya “Inspire Pilates Studio” kimi pilateslə məşğul olmağa imkan verən zallar da fəaliyyət göstərir. Belə məşğələlər onurğa sütununu, qaməti düzəltmək üçün zəruridir.
Fitnes klub seçərkən hansı məqsəd üçün idman zalı axtardığını bilməyiniz vacibdir. Bəzi klublar həm həvəskarlara, həm də peşəkarlara istiqamətlənib. Elə salonlar da var ki, orada təcrübəli idmançılar özləri üçün münasib avadanlıq tapa bilmirlər. Fitnes klublarda müalicəvi-profilaktika, SPA, dinc istirahətə hesablanmış variantlar da var.
Sonda oxucularımıza Bakının fitnes klublarındakı ortalama qiymətləri təqdim edirik:
Fitnes klub | Həftədə 2 dəfə | Həftədə 3 dəfə | Limitsiz istifadə | Fərdi məşqçi |
Limak Fitness Park | 40 AZN | 50 AZN | 70 AZN | 70-100 AZN |
Bulvar Club Fitness Zone | ___ | 60-80 AZN | 120 AZN | 120 AZN |
Powerhous GYM | 60 AZN | 70 AZN | 90 AZN | 100 AZN |
Cross & GYM | ___ | 70 AZN | 90 AZN | ___ |
FS Club SPORTCITY | 80 AZN | 90 AZN | 110 AZN | 80-100 AZN |
Edem | 70 AZN | 80 AZN | 100 AZN | 100-150 AZN |
F-Land | 50 AZN | 70 AZN | 80 AZN | 200 AZN |
Orxideya Pilates | 100 AZN | 120 AZN | ___ | 250-300 AZN |
Inspire Pilates Studio | 120 AZN | 150 AZN | ___ | 200-250 AZN |
Hazırladı: Züleyxa İsmayılova
Bakucity.az