Bakıda “Yapon məhsulları” sərgisi keçiriləcək

Bakıda “Yapon məhsulları” sərgisi keçiriləcək , Javid

Sərgi 25 və 26 oktyabr tarixlərində baş tutacaq

Bakucity.az xəbər verir ki, “Connect Azerbaijan” Yaponiya-Azərbaycan birgə müəssisəsinin təşkilatçılığı ilə baş tutacaq iki günlük sərgidə Yaponiyadan gələn onlarla şirkət iştirak edəcək.

“Japan Food Expo-2018” sərgisində ziyarətçilər Yaponiya şirkətlərinin qida, kosmetika, sağlamlıq və digər sahələrdə təqdim edəcəyi məhsullarla tanış ola biləcəklər.

Sərgi zamanı ziyarətçilər həmçinin Yaponiya mədəniyyəti və incəsənəti ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bakıda təşkil olunacaq iki günlük sərgi Yaponiya şirkətləri ilə işgüzar əlaqələr qurmaq istəyən Azərbaycan şirkətləri üçün böyük imkanlar təqdim edir. Sərgidə iştirak edən Yaponiya şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün təşkilatçı şirkət tərəfindən geniş imkanlar yaradılıb.

“Connect Azerbaijan” şirkətindən bildirilir ki, Yaponiya məhsulları ilə tanış olmaq istəyənlər 25 və 26 oktyabr tarixlərində Nigar Rəfibəyli küçəsində yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksinə gələ bilərlər.

Ünvan: Nigar Rəfibəyli 12/14

Tel.: +994 12 555 5556

Mob.: +994 50 202 1901 

E-poçt: [email protected]

Bakucity.az

Yapon məhsulları Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər