Bakıda 19 nəfəri aldadan şəxsin polis olduğu ortaya çıxdı

Bakıda 19 nəfəri aldadan şəxsin polis olduğu ortaya çıxdı

Onun barəsindən həbs-qətimkan tədbirinin müddəti uzadılıb

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda A.Əliyevanın həbs müddətinin başa çatdığı bildirilib.

Bunu da oxu: Piyadanı vurub qaçan avtobus sürücüsü tutuldu

Məhkəmənin qərarı ilə onun barəsindəki həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Məhkəmədə məlum olub ki, iş üzrə təqsirləndirilən A.Əliyev polis əməkdaşı olub.

Məhkəmə iclası oktyabrın 30-dək təxirə salınıb. 

Bakucity.az

Polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər