Avtomobili ilə gələnlər üçün ictimai dayanacaq fəaliyyət göstərəcək
Bakucity.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsində məlumat verilib: “Qarabağ”ın UEFA Avropa Liqasının III turunda Ukraynanın "Vorskla" komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələn azarkeşlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər.
İctimai avtodayanacaqdan matçın başlanmasından 3 saat əvvəl - saat 18:55-dən etibarən istifadə edilə bilər.
Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.
Bakucity.az