Bakıda vulkan püskürəcəyi gözlənilir

Bakıda vulkan püskürəcəyi gözlənilir, Javid

2019-cu ildə 6 vulkanın püskürəcəyi gözlənilir

Bakucity.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarında püskürmənin olacağı ehtimal olunur.

Professor Bozdağ Qobu və Bahar vulkanlarında püskürmənin güclü ola biləcəyini də söyləyib.

A.Əliyev qeyd edib ki, Bozdağ Qobu vulkanı sonuncu dəfə 1999-cu ildə püskürüb və bu püskürmədən sonra toplanmış enerjinin çıxması üçün imkan yoxdur:

“Əlbəttə, zəlzələ proqnozu kimi vulkan püskürməsinin də proqnozunu vermək çətindir. Amma püskürmənin olacağını ehtimal etmək olar. Adətən püskürmələr arasında vulkanın krater sahəsində mikroform qrupu (qrifon, sopka, salza) yaranır və Yer səthinə arası kəsilmədən qaz, su, palçıq, lehmə çıxır. Bu prosesin aktiv getdiyi ərazilərdə olan vulkanlar püskürmürlər, çünki onun enerjisi artıq çıxarılır. Amma Bozdağ Qobu vulkanında toplanmış enerjinin çıxması üçün imkan yoxdur. Buna görə də həmin vulkanın püskürməsi gözlənilir”.

Bakucity.az

Vulkan Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər