Bakıda "Qarabağ" - "Vorskla" matçını nə qədər adam izləyəcək?

Bakıda "Qarabağ" - "Vorskla" matçını nə qədər adam izləyəcək?

Biletlərin 200-ü "Vorskla" klubunun azarkeşlərinə satılıb

Bakucity.az xəbər verir ki, Otyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Vorskla" qarşılaşmasına cəmi 18 min bilet satılıb. Bu barədə  "Qarabağ" Futbol Klubunun Mətbuat xidmətindən məlumat verilib. 

Biletlərin 200-ü "Vorskla" klubunun azarkeşlərinə satılıb, 17 min 800 bilet isə yerli azarkeşlər tərəfindən alınıb. Trend-in məlumatında deyilir.

Xatırladaq ki, "Qarabağ" - "Vorskla" qarşılaşması oktyabrın 25-də saat 20:55-də keçiriləcək.

Biletlərin qiyməti 2,4,8, 10 və 50 AZN (VİP) arasında dəyişir.

Bakucity.az

Qarabağ FK Olimpiya Stadionu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər