Bakıda ən bahalı evlər bu küçədədir

"Tarqovi" küçəsindəki mənzillərə niyə maraq yoxdur?

Paytaxt Bakıda ən məşhur və ən bahalı küçələrdən biri də el arasında "Tarqovi" kimi tanınan Nizami küçəsidir. Bu küçə daimi insan izdihamının olması ilə yanaşı, mənzillərinin və ticarət obyektlərinin baha olması ilə də tanınır. Gəlin onu da etiraf edək ki, Nizami küçəsi paytaxtın bəlkə də ən gözəl küçələrindən biridir.

Bəs "Tarqovi"da mənzillər əvvəllər olduğu kimi indi də bahadır?

Bakucity.az xəbər verir ki, fins.az bu sualına cavabı tapmaqda "Value and Source" şirkətinin rəhbəri Rəşad Əliyev kömək olub.

Ekspertin sözlərinə görə "Tarqovi" 10-15 il bundan qabaq Azərbaycanda ən bahalı küçələrdən biri idi. Bu küçə yerli əhali arasında ən prestijli küçə hesab olunur. Lakin illər keçdikcə əksər ölkələrdə olduğu kimi Azərbaycanda da inkişafın istiqaməti dəyişir.

Rəşad Əliyevin sözlərinə görə, artıq ən bahalı mənzillər olan küçə statusuna Neftçilər prospekti sahiblənib. Ekspertin sözlərinə görə uzun illər bundan öncə infrastrukturun aşağı səviyyədə olması bulvar kənarında olan mənzillərin qiymətinə təsir edə bilməyib. Lakin artıq bu ərazidə infrastrukturun inkişaf etməsi Dəniz Kənarı Milli Park boyunca olan mənzillərin qiymətinə olduqca böyük təsir edərək onları bahalaşdırıb - deyə Rəşad Əliyev qeyd edib. İndi bu bura ən bahalı küçədir deyə ekspert əlavə edib.

Qiymət müqayisəsi

Neftçilər prospektindəki binalara görə qiymətlər dəyişilir. Bura mənzilin təmiri ilə yanaşı, yerləşməsi də çox əhəmiyyət kəsb edir. Misal üçün Port Bakuda mənzillər var ki, kv metri 6-7 min manatdır. Lakin elə mənzillər də var ki, kv metri 4 min manat olur. 3 min 2500 manata olan mənzillər də var. Mənzilin qiymətində binanın inşası, sahəsi, təmiri də böyük rol oynayır.

"Tarqovi"mənzil qiymətlərindən danışsaq gərək incə bir məqama nəzər salaq. Belə ki, bu küçənin bir başı ilə digər başı arasında qiymətlərində 2-3 dəfə fərq var.

"Tarqovi"da küçəyə baxan mənzillərdə qiymətlər kv metri 3 min manatdan bahadır. Hətta bəzən bu qiymətlər kv metri 4-5 min manat da ola bilər. Əgər mənzilin pəncərə və ya eyvanı arxa küçəyə baxırsa o zaman bu mənzilin hər kv metri iki dəfəyə kimi ucuzlaşacaq. Həmçinin bu küçədə evlər var ki, köhnə proyektli yataqxana tipli mənzillərdi. Bu tip evlərdə digər mənzillərlə müqayisədə bir qədər ucuzdur.

"Tarqovi"da mənzillər Neftçilər prospektindəki mənzillərlə müqayisədə ucuz olsa da,"Tarqovi"da kommersiya obyektləri adı çəkilən prospektdəki obyektlərdən 5-6 dəfə bahadır.

Xaricilər maraq göstərirlər?

Nəinki əcnəbilər yerli imkanlı vətəndaşlar da bu küçədəki mənzillərə maraq göstərmirlər. Çünki yaşayış üçün heç də sakit ərazi deyil.

Neftçilər ərazisi izdihamlı olmadığından həm də mənzərəsi və sakitliyi olduğundan bahadır. "Tarqovi"da həmişə kommersiya obyektləri baha olub. Hazırda zövqlərin və konyuktivanın dəyişməsi nəticəsində "Tarqovi"liderliyini əldən verib.

Bakucity.az

evlər Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
"Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır....
Siyasət
Düşmənin növbəti iki tankı məhv edilib.  Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qar...
Siyasət
Ermənistan ordusunun daha bir zabiti məhv edilib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan ordusunun daha bir zabitinin məhv edilməsi haqda açıqlama verib. BakuCity.az xəbər verir ki, məlumatda deyilir: "İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv...
Cəmiyyət
Əsgərlərimiz qələbə şüarları ilə cəbhəyə yola salınıb. BakuCity.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur. Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır. BakuCity.az
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. “İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirir. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda...
Cəmiyyət
Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov da cəbhəyə yollanıb. BakuCity.az xəbər verir ki, bu barədə İlkin Əhmədov özü məlumat verib. Xanəndə bildirib ki, hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir: "Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm. Düzdür, indi arxa cəbhədəyəm, amma birazdan telefonuma zəng ç...
Cəmiyyət
“Martuni” motoatıcı alayı darmadağın edilib. Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşm...
Cəmiyyət
Erməni işğalı altında olan Xankəndi şəhərinin yeni gecə görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, müharibədən bir neçə gün əvvəl işıqlı görünən şəhər, hazırda qaranlığa qərq olub. (oxu.az) BakuCity.az
Cəmiyyət
Xəbər verriyimiz kimi, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib. AzTV işğaldan azad edilən Talış yüksəkliklərindən ilk görüntüləri lentə alıb. BakuCity.az