Belçika triosu Bakıda konsert verib

Belçika triosu Bakıda konsert verib

Konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilib

Bakucity.az xəbər verir ki, oktyabrın 24-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində "RotundaJazzClub"da Belçikanın Martin Salemi triosunun konserti olub.

Pianoçu M.Salemi 1988-ci ildə Brüsseldə musiqiçi ailəsində anadan olub. Uşaqlıq illərində piano ifasına maraq göstərib. O, həmçinin müxtəlif janrlarda mahnıların müəllifidir. M.Saleminin 2017-ci ildə yaratdığı trionun tərkibinə Fil Kaporali (kontrabas) və Toyne Snokart (zərb alətləri) daxildirlər.

Trio müxtəlif festivallar və müsabiqələrdə iştirak edir, qısa zaman ərzində Avropada tamaşaçı rəğbətini qazanıb.

Bakı tamaşaçıları belçikalı qonaqların çıxışını maraqla qarşılayıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər