Bu gün "Qarabağ" Bakıda həlledici oyuna çıxır

Bu gün "Qarabağ" Bakıda həlledici oyuna çıxır

"Qarabağ" Avropa Liqası çərçivəsində Ukrayna “Vorskla”sını qəbul edəcək

Bakucity.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:55-də başlayacaq. Oyunun baş hakim Roy Raynşrayberdir. 

Qurban Qurbanovun rəhbərlik etdiyi komandada zədəli futbolçunun olmadığı bildirilir. Ukrayna klubu isə paytaxtımıza zədələrlə gəlib. Buna baxmayaraq, "Vorskla" sonuncu görüşündə gülcü "Dimano Kiyev" kollektivini 1 cavabsız qolla məğlub edib. “Qarabağ” isə Premyer Liqada “Səbail”i 1:0 hesabı ilə üstələsə də, texniki məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya 18 min bilet satılıb. 

Bakucity.az

Qarabağ FK Olimpiya Stadionu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər