Prezident İlham Əliyev Bakıda forumda iştirak edir

Prezident İlham Əliyev Bakıda forumda iştirak edir

Bakıda VI Beynəlxalq Humanitar Forum başlayıb

Bakucity.az xəbər verir ki, bu gün paytaxtda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunmuş VI Beynəlxalq Humanitar Forum öz işinə başlayıb.

Forumda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, digər dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.

Qeyd edək ki, yüksək səviyyəli tədbirdə 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir. 

Bakucity.az

İlham Əliyev VI Beynəlxalq Humanitar Forumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər