Bakıda ata-oğul evə girən oğrunu öldürüblər

Bakıda ata-oğul evə girən oğrunu öldürüblər

Ata və oğlu saxlanılıb

Bakucity.az xəbər verir ki, Bayıl qəsəbəsində yaşayan 54 yaşlı Sakit Abdullayev oğlu 18 yaşlı Faiq Abdullayevlə birlikdə evlərinə oğurluq etmək üçün daxil olan əvvəllər məhkum olunmuş Əhəd Həsənovu bıçaqlayaraq qətlə yetiriblər.

Hadisə dünən gecə saatlarında baş verib. Ata və oğlu saxlanılıb. "Qafqazinfo"ya daxil olan məlumatda deyilir. 

Səbail rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Bakucity.az

bıçaqlanma oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər