Vladimir Putin Bakıda keçirilən forumdan yazdı

Vladimir Putin Bakıda keçirilən forumdan yazdı

Rusiya prezidenti VI Beynəlxalq Humanitar Forumunun iştiraçılarına məktub ünvanlayıb

Bakucity.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forum iştirakçılarına ünvanladığı məktubu Rusiya Federasiyası Hökumətinin sədri müavini Olqa Qolodetsin səsləndirib. Bu barədə Report xəbər yayıb. 

Məktubda deyilir: "VI Bakı Humanitar Forumunun qonaqları Forumun açılışı münasibətilə sizləri salamlayıram. Artıq VI dəfədir ki, Bakı bu foruma ev sahibliyi edir.

Burada müzakirə olunan mövzular əhəmiyyətlidir. Burada müxtəlif aktual məsələlərin müzakirəsi, təhsil, informasiya təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq. Forumun iştirakçılarına ən xoş arzularımı çatdırmaq istəyirəm".

Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu 2010-cu ildə Rusiya və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü ilə yaradılıb. 

Bakucity.az

Vladimir Putin VI Beynəlxalq Humanitar Forumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər