Bakı toz dumanının altında qalıb - AÇIQLAMA

Bakı toz dumanının altında qalıb - AÇIQLAMA, Javid

Havada tozun miqdarı normadan 2.5-3 dəfə çoxdur

Bakucity.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Bu barədə " Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən bildirilib. 

Məlumata görə, mütəxəssislərinin apardığı monitorinqlərin nəticələr göstərir ki, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir. Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib.

Qeyd edək ki, bu gün Bakıda anomal istinin olacağına dair də vətəndaşlara xəbərdarlıq edilib. Nazirlikdən verilən məlumata görə, Bakıda temperatur normadan 4-5 dərəcə yüksəkdir və metehəssas insanlar üçün əlverişli deyil. 

Bakucity.az

Bakı toz dumanı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər