Məktəb direktorundan rüşvət alan jurnalist həbs edildi

Məktəb direktorundan rüşvət alan jurnalist həbs edildi

Jurnalist üç il müddətinə azadlıqdan məhrum edilib

Bakucity.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, R.Sultanov üç il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər