Bakı Fond Birjasının dövriyyəsi 2,2 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 2,2 dəfə artıb, Javid

Əqdlərin ümumi dəyəri 17,424 mlrd. manat təşkil edib

Bu ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 17,424 mlrd. manat təşkil edib.

Bakucity.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 35,2% artaraq 80 879-a çatıb.

BFB-nin dövriyyəsinin 37,7%-i və yaxud 6,573 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Törəmə maliyyə alətləri bazarının həcmində illik 78,3% artım qeydə alınıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 3,2 dəfə artaraq 9,642 mlrd. manat, səhm bazarı üzrə əqdlərin dəyəri 4,7 dəfə azalaraq 142 mln. manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 4,2% azalaraq 521 mln. manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 47,1 dəfə artaraq 546 mln. manat olub. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər