Bakıda eşşək südünün satılmasına rəsmi münasibət - AÇIQLAMA

Qida Təhliksizliyi Agentliyi araşdırmalara başlayıb.

Bakucity.az-ın verdiyi məlumata görə, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumatda bildirilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyətə başlamış ulaq təsərrüfatı və ulaq südündən istifadə olunması müsbət bir yenilik kimi ictimaiyyətə təqdim olunur. Heç bir elmi əsaslara söykənmədən həmin məhsullardan istifdə olunması istiqamətində əhali arasında təbliğat işləri həyata keçirilir. Reportun məlumatında bildirilir. 

Bunu da oxu: Bakının fitnes klublarında xidmət və qiymətlər - ARAŞDIRMA

"Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri sözügedən təsərrüfat sahəsinə baxış keçirib və məlum olub ki, həmin təsərrüfat subyekti qanunvericiliyi pozaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətə başlayıb. Məlumat üçün bildiririk ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Qeyd olunan təsərrüfat subyekti bir neçə gün əvvəl məhsulların keyfiyyət göstəricilərini müəyyən etmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim edib və nəticələrlə bağlı heç bir müvafiq sənəd olmadan məhsulun satışına başlayıb. Qeyd olunanlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 7) kobud şəkildə pozulmasıdır və bununla bağlı, Agentlik tərəfindən həmin təsərrüfat subyektinin fəaliyyəti nəzarətə götürülüb, heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim edilib", - məlumatda bildirilib.

Agentlik bəyan edir ki, heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən ulaq südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir və bu insanlar arasında çaşqınlığa gətirib çıxarır: "Ümumiyyətlə, beynəlxalq təcrübədə bu tip yeni təsərrüfat sahələri fəaliyyətə başlamazdan, məhsullar istehlakçılara təqdim olunmazdan əvvəl bu sahədə elmi-təcrübi işlər həyata keçirilir, məhsulun normativ-texniki sənədləri hazırlanıb təsdiq olunur, istehsalın standartları müəyyənləşdirilir və yalnız bundan sonra məhsulların istifadəsi haqqında müvafiq qərar qəbul olunur. Hazırda ölkəmizdə ulaq südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeyd olunan təsərrüfat subyektinin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir, aparılan araşdırmaların nəticəsi ilə bağlı məlumatlar ictimaiyyətə təqdim olunacaq".

Bakucity.az

AQTA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
"Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır....
Siyasət
Düşmənin növbəti iki tankı məhv edilib.  Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qar...
Siyasət
Ermənistan ordusunun daha bir zabiti məhv edilib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan ordusunun daha bir zabitinin məhv edilməsi haqda açıqlama verib. BakuCity.az xəbər verir ki, məlumatda deyilir: "İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv...
Cəmiyyət
Əsgərlərimiz qələbə şüarları ilə cəbhəyə yola salınıb. BakuCity.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur. Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır. BakuCity.az
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. “İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirir. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda...
Cəmiyyət
Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov da cəbhəyə yollanıb. BakuCity.az xəbər verir ki, bu barədə İlkin Əhmədov özü məlumat verib. Xanəndə bildirib ki, hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir: "Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm. Düzdür, indi arxa cəbhədəyəm, amma birazdan telefonuma zəng ç...
Cəmiyyət
“Martuni” motoatıcı alayı darmadağın edilib. Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşm...
Cəmiyyət
Erməni işğalı altında olan Xankəndi şəhərinin yeni gecə görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, müharibədən bir neçə gün əvvəl işıqlı görünən şəhər, hazırda qaranlığa qərq olub. (oxu.az) BakuCity.az
Cəmiyyət
Xəbər verriyimiz kimi, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib. AzTV işğaldan azad edilən Talış yüksəkliklərindən ilk görüntüləri lentə alıb. BakuCity.az