Bakıda yük avtomobili aşdı, yolda tıxac var

Bakıda yük avtomobili aşdı, yolda tıxac var, Javid

Hadisəyə yüksək sürət səbəb olub

Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarında Xətai rayonu, Zığ dairəsində yol qəzası baş verib. Hadisə dairənin Naxçıvani küçəsinə dönən hissəsində qeydə alınıb. Trend-in məlumatında deyilir.

21 AC 158 dövlət nömrə nişanlı yük avtomobili Zığ dairəsində idarəetməni itirərək aşıb. Hadisəyə yüksək sürət səbəb olduğu ehtimal edilir.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Yük avtomobilinin aşmasından sonra yolda tıxac yaranıb.

Bakucity.az

Qəza avtomobil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər