Çempionat 2019-cu ilin sentyabrında paytaxtda baş tutacaq.
Bakucity.az xəbər verir ki, məşhur "NƏ? HARADA? NECƏ?" intellektual oyunu üzrə 17-ci Dünya Çempionatı bir ildən sonra Bakıda keçiriləcək. Bu barədə məlumatı saytımıza eksklüziv olaraq "NƏ? HARADA NECƏ?" Beynəlxalq Assosiasiya klubunun üzvü Faiq Hüseynov verib. Onun sözlərinə görə, 2019-cu ilin 7-9 Sentyabr tarixi dünya çempionatının keçiriləcəyi ilkin tarix kimi müəyyən edilib.
Bakıda çempionatın keçirilməsi assosiasiyada yekdil səsvermə ilə qəbul olunub. Hüseynov bildirib ki, çempioanatda 20-yə qədər ölkənin iştirakı gözlənilir və komandamızın uğur qazanacağına inam böyükdür.
Bakucity.az