Qurbanovdan Bakıdakı məğlubiyyətə şərh: "Onları qınaya bilmərəm"

Qurbanovdan Bakıdakı məğlubiyyətə şərh: "Onları qınaya bilmərəm", Javid

"Qarabağ"ın baş məşqçisi mətbuat konfransı keçirib

Bakucity.az xəbər verir ki, dünən gecə Bakı Olimpiya stadionunda Ukraynanın "Vorskla" klubuna 0:1 hesabı ilə məğlub olandan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. 

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Vorskla”ya uduzduqları (0:1) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Rəqib müdafiədə çox diqqətli oynadı. Buna baxmayaraq, xeyli sayda qol epizodlarımız oldu. Qapımıza gedən bir zərbə qolla nəticələndi. Belə oyunlarda futbolçular meydançada daha çox düşünməlidilər. Çalışmalıydıq ki, hücumlarımızı düzgün quraq. Oyunun gedişində də bunlar görünürdü. Rəqibin belə müdafiə olunduğunu bilirdik. Bəzi hücumlarımız alınırdı. Biz qol şanslarından istifadə edə bilmədik, rəqib bir vəziyyət yaratdı və yararlandı. Futbolçuların üzərinə getməyə dəyməz. Nə qədər çətin olsa da, bu oyunu unudub, qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Çünki təqvimimiz sıxdır", - təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Vorskla”ya uduzduqları (0:1) oyunu şərh edərkən deyib. 

Jurnalistlərdən birinin "Qarabağ" son illərin ən zəif avrokubok mövsümünü keçirir. Sanki “onurğa sütunu” da zəifləyib. Yay transferləri də zəif təsir bağışlayır. Razısız ki, komanda ötən illərlə müqayisədə oyun planında geriləyib? sualın Qurbanov belə cavab verib:

"Onları nə qədər müdafiə etsəm də, nəticəyə görə, daha çox xoş sözlər deyə bilmərik. Amma, xüsusən də, milli üzvləri çox yorulurlar. 3 fərqli turnirdə iştirak edirlər. Heç də pis mövsüm keçirmirlər. Qara və Maksimin oyun sayı kifayət qədərdir. Bu, onların həm fiziki, həm də psixoloji hazırlıqlarının yüksək səviyyədə olmasını göstərir. Belə oyunlarda müdafiəçilərin səhvləri daha çox gözə çarpır. Amma onları qınaya bilmərəm. Desəm ki, az məşq edirik, qətiyyən belə deyil. Futbol dəyişilir. Məşqimiz olmadıqda belə, teoriyalarımız, toplanışlarımız olur, rəqibin oyununu analiz edirik. Məğlub ola bilərik. Futbol elə peşədi ki, həvəsdən düşmək olmaz. Bizdən böyük klublar, futbolçular da uğursuzluq zolağına düşüb, sonra ordan çıxa biliblər. Düşünürəm ki, biz həmişə bir yerdə pis durumdan çıxmışıq. Futbolçularıma güvənirəm. Transferlərimizin oyunu bəzən alınır, bəzən alınmır. Yaratmaq istər-istəməz çətindir, nəinki dağıdıcı oyun göstərmək. Futbolçularımın yanındayam. Çalışmalıyıq ki, daha yaxşı kollektiv göstərək". Qol.az-ın təqdim etdiyi müsahibədə deyilir. 

Qeyd edək ki, "Qarabağ" klubu qrupdakı hər üç oyunda məğlub olmaqla, növbəti mərhələyə çıxmaq şanslarını itirib. 

Bakucity.az

Qarabağ FK Olimpiya Stadionu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər