Abşeronda kişi keçmiş həyat yoldaşını bıçaqladı

Abşeronda kişi keçmiş həyat yoldaşını bıçaqladı, Javid

Cütlüyün iki övladı var

Bakucity.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlu boşandığı həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək, onu bir neçə yerdən bıçaqlayıb. 

Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır və reanimasiya şöbəsində olduğu üçün dindirilməsi mümkün olmayıb. Hadisəni törədən Mehdi Piriyev könüllü olaraq polisə təslim olub.  Oxu.az-ın məlumatında bildirilir. 

Bildirilir ki, cütlüyün iki övladı var.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Bakucity.az

Məişət zorakılığı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər