Paytaxtda "İnnovasiya həftəsi" keçirildi

Paytaxtda "İnnovasiya həftəsi" keçirildi, Javid

Tədbirdə ən son texnologiyalar sahəsində çalışan mütəxəssislər iştirak edib

Bakucity.az xəbər verir ki, 25 oktyabr tarixində saat 19:00-da Bakı Media Mərkəzində Azərbaycanda təqdim olunan innovassiya texnologiyalarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki yeni texnologiya parkının direktoru Tural Kərimlinin sözlərinə görə, mətbuat konfransında ən son texnologiyalar sahəsində çalışan mütəxəssislər iştirak edib.

Mətbuat konfransında Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev də çıxış edib. O, tədbirin təşkilatçılarına dəvət üçün təşəkkürünü bildirib və qeyd edib ki, Kiber İdman Federasiyası 2006-cı ildən Azərbaycanda kompüter yarışlarını müvəffəqiyyətlə həyata keçirir.

Konfransın məqsədi qonaqlara bu sahədə fəaliyyət göstərən yeni texnologiyaları təqdim etməkdən ibarətdir.

Tədbirdə “Keepface” şirkətinin təsisçisi Emin Vəliyevin təqdimatı yaddaqalan çıxışlardan olub. O, çıxışında qeyd edib ki, şirkətin əsas məqsədi, iş adamlarının, investorların, dövlət və geniş ictimaiyyətin diqqətini sosial medianın gələcək inkişafına yönəltməkdir, onun fikrincə, bunu həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda məşhurlaşacaq orijinal məhsul yaratmaqla gerrçəkləşdirmək mümkündür. 

Bakucity innovasiya texnologiyaları sahəsində yenilikləri izləməkdə davam edəcək. 

Cəmilə

Bakucity.az

İnnovasiya həftəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər