"Səbail" klubunun baş məşqçisi istefaya göndərildi

Səbəb kimi əvəzedici komandanın ardıcıl ikinci dəfə əsasnaməni pozması göstərilir

Bakucity.az xəbər verir ki, Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən “Səbail-2” komandasının baş məşqçisi Elman Sultanov istefaya göndərilib.

Bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. O, bildirib ki, qarşılıqlı razılaşma əsasında 44 yaşlı mütəxəssisin və köməkçisi Toğrul Əhmədovun müqaviləsi ləğv edilib: “Məşqçilər korpusu VIII tur çərçivəsində “Neftçi-2” ilə səfər matçında əvəzetmə zamanı səhvə yol veriblər. Oyunun 90+2-ci dəqiqəsində Ədilxan Qarəhmədovu Nazim Kərimli əvəzləyib. Bununla da “Səbail”in heyətində meydanda 1998-ci ilə qədər futbolçuların sayı 5-ə çatıb. Bu da Əsasnaməyə uyğun deyil. Ona görə də komandaya texniki məğlubiyyət veriləcək. VI turda “Qarabağ-2” ilə görüşdə komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyi üçün də “Səbail-2”yə texniki məğlubiyyət verilmişdi. Həmin vaxt tərəflər arasında razılıq əldə olunmuşdu ki, bu hal bir daha təkrarlanarsa, müqaviləyə xitam veriləcək. Bugünkü görüşdə isə Sultanovun özü verdiyi sözü xatırladaraq, müqaviləsinə xitam verilməsinə etiraz etməyib”.

"Səbail"in əvəzedici komandası ötən mövsüm E.Sultanovun rəhbərliyi altında ölkə çempionu olub. 

Qeyd edək ki, “Səbail”in əsas komandası Premyer Liqada “Zirə” və “Qarabağ”la görüşlərdə rəqibləri səhvə yol verdiyi üçün texniki qələbələr hesabına 6 xal qazanıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə aldığı və iyul təxribatında 76 yaşlı insanın öz həyətində qətlə yetirildiyi bildirilib. "BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ənənəvi iddiaları əsassızdır".  BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dən...
Mədəniyyət
Sentyabrın 24-də Bakının Nərimanov rayonu ərazisindəki evində qətlə yetirilən Tahir Tağıyevin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az xəbər verir ki, T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Məlumata görə,...
Cəmiyyət
"Qapalı şəraitdə toy etmək olar". Azərbaycanda yoluxmanın kontrolda saxlanılması oktyabrın 1-də başa çatacaq xüsusi karantin rejiminin uzadılmaması, toylarla bağlı qadağanın aradan qaldırılması kimi məsələləri gündəmə gətirir. BakuCity.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev toylarla bağlı icazənin mümkün olduğunu deyib: "Xüsusi karantin rejimin yeni...
Cəmiyyət
1147 nömrəli Fərmanın icrası barədə sərəncam imzalanıb. Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 avqust tarixli 1147 nömrəli Fərmanının icrası...
Kriminal
Korrupsiyaya qarşı tədbirlər davam etdirilir. Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir. BakuCity.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, belə tədbirlərdən biri də, Azərbaycan Respublikası Auditorlar Palatasının...
Ekologiya
Bakıda sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil...
Cəmiyyət
İri ticarət obyektləri və şadlıq sarayları açılacaq? "Sentyabr ayı sona yaxınlaşdıqca, ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və icitmai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır. Epidemioloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur”. BakuCity.az xəbər verir ki, bu f...
Cəmiyyət
"COVID-19 peyvəndi ilə insanları çipləşdirmək şayiədir, elmi əsası yoxdur”. BakuCity.az xəbər verir ki, bunu TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan "Diqqət mərkəzi” verilişində deyib: "Çipləşdirmə məsələləri artıq modern dünyanın bir istiqamətinə çevrilib. Yəqin insanlar onun üzərindən belə fikirləşirlər. Hətta insanlar könüllü şəkildə gedib uşaqlarını və özlərini çipləşdirirlər. Ancaq çox təəssüf ki, insanlar...
Kriminal
“BP-Azərbaycan” şirkətində işləyən əri Araz Sofiyevi öldürməkdə təqsirli bilinən Rəna Sofiyevanın məhkəməsi başlayır. BakuCity.az xəbər verir ki, ötən ilin iyulunda törədilən qətlin cinayət işi üzrə istintaq yekunlaşaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. İlkin hazırlıq iclasının vaxtı təyin olunmayıb. 2019-cu il iyulun 7-də gecə saat 03 radələrində Suraxanı rayonun...