Bakı sakinini kafedə döyüb öldürdülər

Bakı sakinini kafedə döyüb öldürdülər

Qurban xüsusi amansızlıqla döyülüb

Bakucity.az xəbər verir ki, Xətai rayonunda Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb. Hadisə oktyabrın 10-da M.Hadi küçəsindəki “Ordubad” kafesində baş verib. 

E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Məlumatı Oxu.az saytı yayıb. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bakucity.az

Bakı cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər