Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır, Javid

Avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən xəbərə görə, sürüşmə zonasında monitorinqlər davam etdirilir. 

Bildirilib ki, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb.

Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər