Bakıda evə girən oğrunu öldürən ata-oğulu hansı cəza gözləyir?

Ata-oğul əvvəllər məhkum olunmuş şəxsi bıçaqlayaraq öldürüblər

Bir neçə gün əvvəl Bayıl qəsəbəsində yaşayan 54 yaşlı Sakit Abdullayev oğlu 18 yaşlı Faiq Abdullayevlə birlikdə evlərinə oğurluq etmək üçün daxil olan, əvvəllər məhkum olunmuş Əhəd Həsənovu bıçaqlayaraq qətlə yetiriblər.

Ata və oğlu saxlanılıb, faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Görəsən, evə girən oğrunu öldürmək hansı hallarda cinayət məsuliyyətindən azad edir? Və ya bunu törədən şəxsi hansı cəza gözləyir? 

Cinayət işləri ilə məşğul olan vəkil Əfifə Əsgərova bildirib ki, hazırda işin bütün halları barədə məlumat olmadığı üçün yalnız bizə məlum olan hallarla bağlı hüquqi qiymətləndirmə mümkündür. 

Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan cəsəd aşkarlanıb. Onun ata və oğul tərəfindən qətlə yetirilməsi güman olunur. Buna görə sözügedən cinayətdə iki iştirakçı ittiham olunur.

Təqsirsizlik prezumpsiyasının pozulması halına yol verməmək üçün hazırkı vəziyyətdə, yəni məhkəmənin ittihamın sübuta yetirilməsi barədə qanuni qüvvəyə minmiş hökmü olmadan cinayətin dəqiq kimin tərəfindən törədildiyini informasiya vasitəsilə bildirmək yolverilməzdir.

Odur ki, bildirəcəyimiz hüquqi rəylər və törədilmiş cinayətə görə nəzərdə tutulan cəzaların dairəsi hazırkı ehtimallara uyğun dəyərləndirmələrdən ibarətdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Həmin məcəllənin 59-cu maddəsində sadalanan cəzanı yüngülləşdirən hallar sırasına (59.1.7) cinayətin zəruri müdafiənin və (59.1.8) cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi də aiddir.

Sözügedən hadisə barədə istintaq araşdırması aparılır, faktla bağlı müvafiq cinayət işi üzrə istintaq araşdırmaları başa çatdıqdan sonra iş məhkəməyə verilərkən hadisə ilə bağlı tərəflərin və şahidlərin ifadələri təkrar dinlənilməklə məhkəmə tərəfindən qərar qəbul ediləcək.

Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. 

Hökm çıxarılarkən, cəza və cəzaçəkmə rejimi təyin edilərkən təqsirləndirilən şəxslərin şəxsiyyəti, məhkumluqlarının olub-olmaması, ağırlaşdırıcı və yüngülləşdirici hallar, iştirakçılıq halında cinayətdə iştirakının xarakteri və digər nəticə üçün əhəmiyyətli hallar nəzərə alınmalıdır.

Verilən məlumatlarda bildirilib ki, Həsənov burğacla (otvyorka – red.) silahlanaraq, sahiblərin yatdığı evə girib. Oğru kombi qızdırıcı aparatının qoyulduğu yeri əvvəlcədən təyin edib və oraya yaxınlaşaraq kombini sökməyə başlayıb. Elə bu vaxt Sakit Abdullayev yuxudan oyanıb.

O, yerindən qalxaraq tualetə gedib və orada kranda isti suyun olmadığını görüb. S.Abdullayev problemin nədən qaynaqlandığını öyrənmək üçün kombi aparatına tərəf gedib. Orada naməlum şəxsin kombinin vintlərini tam gücü ilə açdığını görüb. Ev sahibi oğrunu zərərsizləşdirmək üçün öz oğlunu köməyə çağırıb. 

Həsənov isə bu zaman burğacı götürərək Sakit Abdullayevin üstünə cumub onun sol gözünü yaralayıb. Sonra o, Abdullayevi yerə uzadaraq bir-birinin ardınca ona burğacla zərbələr endirib. Abdullayevin köməyə gələn 18 yaşlı oğlu Faiq Abdullayev oğrunun qan içində olan atasını öldürməyə cəhd etdiyini görüb.

Bu zaman həyəcanlanmış gənc bıçaq götürərək Həsənovu zərərsizləşdirib. F.Abdullayev nə etdiyinin fərqinə varanda, artıq gec olub, Həsənov ölüb.

Baş verən hadisə zəruri müdafiə xarakteri də daşıya bilər. Belə ki, oğlu atasının öldürüləcəyini ehtimal etdiyi üçün güclü ruhi-həyəcan nəticəsində də bıçağa əl atmış ola bilər. Bu, yüngülləşdirici haldır.

Vəkilin sözlərinə görə, CM 36.1-ci maddəsinə görə, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və hüquqlarına, dövlətin və cəmiyyətin mənafelərinə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmayıbsa, cinayət sayılmır.

Bundan başqa, S.Abdullayev hadisə zamanı zərər çəkməklə sol gözündən yaralanıb, onun F.Abdullayevə hər hansı xəsarət yetirməsi barədə məlumat verilməyib. Onun daşıdığı cinayət məsuliyyəti cinayət hadisəsini gizlətməkdən və ya hər hansı şəkildə iştirakçılıqdan yarana bilər. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən, heç kəs özünə və övladına qarşı ifadə verməyə məcbur edilə bilməz.

Təbii ki, işin halları müvafiq orqanlar tərəfindən hələ də araşdırıldığı üçün ittihamın mahiyyəti dəyişə bilər, şəxs məhkəməyə verilənə kimi və eləcə də, məhkəməyə verildikdən sonra sübuta yetmiş yeni hallarla bağlı əməlin tövsifi dəyişdirilməklə daha ağır və ya daha yüngül cəza nəzərdə tutan və ya cəzanı istisna edən hallar olarsa, şəxsə cəza təyin edilməsini nəzərdə tutmayan maddələrə tövsif edilə və ya işin hallarından və ortaya çıxan yeni faktlardan asılı olaraq başqa qərarlar qəbul edilə bilər.

Cinayət Məcəlləsinin 120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Təqsirləndirilən şəxslərin hər hansı birinin əməli istintaq zamanı bu maddə ilə tövsif ediləcəyi və onların təqsirsizliyi istintaq zamanı sübuta yetirilməyəcəyi halda, qətl hadisəsi ilə işin məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsidir.  Materialı Oxu.az saytı hazırlayıb. 

Bakucity.az

Ata-oğul qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"İki həftədən sonra yenidən tədris müəssisələrini fəaliyyəti məhdudlaşdırılacaq”. BakuCity.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. K.Əsədov bildirib ki, hazırda məktəblərdə monitorinqlər aparırıq və görünən vəziyyət ürəkaçan deyil: "Şagirdlər məktəbə daxil olan zaman onlar qorunurlar, amma hər şey məktəbin qarşısında baş verir. Apardığımız monitorinqlər...
Ekologiya
Bakıda sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu  olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.  Cənub-şərq küləyi əsəcək.   Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 25-27 də...
Siyasət
Birgə təlimlər başlayıb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərliyi altında 21-26 sentyabr tarixlərində Cənubi Hərbi Dairəsində, Qara və Xəzər dənizlərində “Qafqaz-2020” təlimi keçiriləcək. BakuCity.az Rusiya mediasına istinadən xəbər verir ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin və Milli Qvardiyanın əməkdaşları, habelə Ermənistan, Belarusiya, İran, Çin, Myanma və Pakistandan minədək hərbçi daxil olmaqla t...
Ekologiya
Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu  olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.  Cənub-şərq küləyi əsəcək.   Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 25-27 dərəcə is...
Cəmiyyət
Dövlət Yol Polisi tərəfindən yollarda hərəkət edən yüksək keçidli minik avtomobilləri saxlanılır.  BakuCity.az xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə yazırlar. Qeyd olunur ki, Dövlət Yol Polisi tərəfindən yollarda hərəkət edən yüksək keçidli minik avtomobilləri saxlanılır. Maşınlar vətəndaşlardan müsadirə edilərək cərimə meydançasına aparılır. Kamran Məmmədov adlı vətəndaş isə öz “Facebook” səhifəsində yazıb ki, Qax yolunda DYP əməkdaşlar...
Cəmiyyət
Bakı Metropoliteninin fəaliyyətində problem yaranıb.  BakuCity.az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətt"inə məlumat daxil olub.  "Gənclik" stansiyasından "Nəriman Nərimanov" metro stansiyasına hərəkət edən qatar tuneldə 15-20 dəqiqə gözləməli olub.  "Nəriman Nərimanov" - "Ulduz" yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş verən nasazlığa görə hazırda Metropoliten xətlərində qatarların hərəkətində gecik...
Cəmiyyət
Qubada bir məktəbdə 8 müəllim koronavirusa yoluxub.  Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.  BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. BakuCity.az
Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağla bağlı çıxış edib. “Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən humanitar böhranlarda riyakarlığını, mənfəətlərini güdən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını buradan bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün müvafiq addımların atılmaması buna misaldır”. BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcə...
Siyasət
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 33 dəfə pozub. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 33 dəfə pozub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağd...