Bakıda hədə-qorxuyla yeniyetmədən 45 min dollar aldılar

Bakıda hədə-qorxuyla yeniyetmədən 45 min dollar aldılar, Javid

Əməli törətməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27 000 ABŞ dolları, oktyabrın 5-də isə 18 000 ABŞ dolları aldıqlarını bildirib.

Məlumatla əlaqədar 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər