"Keşlə" klubu baş məşqçisini istefaya göndərdi

"Keşlə" klubu baş məşqçisini istefaya göndərdi, Javid

Serbiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub

Klubun mətbuat xidmətindən Bakucity.az-a verilən məlumatına görə, serbiyalı mütəxəssis Mladen Milinkoviçlə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib. Bu qərar qəsəbə təmsilçisinin Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduğu oyundan sonra qəbul olunub. Komandada baş məşqçi səlahiyyətlərinin icrası müvəqqəti olaraq, köməkçi-məşqçi Zaur İsmayılova tapşırılıb.  

Qeyd edək ki, Mladen Milinkoviç "Keşlə"yə iyulun 25-də baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv cari çempionatda keçirdiyi 8 oyundan 5-də uduzub, 1-də qalib gəlib. İki matçda heç-heçə edən paytaxt təmsilçisi hazırda 5 xalla 7-ci pillədədir və son sıradakı “Zirə”ni 1 xal qabaqlayır.

Bakucity.az

Keşlə futbol klubu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər