Bakıda saxta dollar satan çinlilər həbsxanaya göndərildi

Bakıda saxta dollar satan çinlilər həbsxanaya göndərildi, Javid

Çin vətəndaşları saxta 18,900 dolları dəyişmək istəyərkən tutulublar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Zhejanq Zin, 1963-cü il təvəllüdlü Meng Lin Çen və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər üç şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib,

Qeyd edək ki, həmin şəxslər Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın “Yasamal” filialında külli miqdarda - 18 min 900 saxta ABŞ dolları dəyişmək istəyərkən tutulublar.

Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər