Paytaxtda bu konsertin biletləri 1 ay əvvəldən bitdi

Paytaxtda bu konsertin biletləri 1 ay əvvəldən bitdi

Heydər Əliyev Mərkəzində anşlaq olacaq

Vyana Ştraus Festival Orkestrinin noyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək növbəti konserti də tam anşlaq vəd edir.

Mərkəzdən verilən məlumata görə, konsertin bütün biletləri artıq bir ay əvvəldən alınıb. Bu, orkestrin Heydər Əliyev Mərkəzində 3-cü çıxışı olacaq. 2014 və 2016-cı illərdə keçirilən konsertlər də anşlaqla keçmişdi.

Tamaşaçıları bu dəfə də maraqlı repertuar, peşəkar ifa və bayram ovqatlı konsert proqramı gözləyir.

Orkestr məşhur dirijor Peter Qutun rəhbərliyi ilə çıxış edəcək. Konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun, həmçinin digər klassiklərin – ata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri təqdim olunacaq.

Bakucity.az

Heydər Əliyev Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər